Martın 14-dən 16-dək Macarıstanın Debretsen şəhərində bədii gimnastika üzrə Dünya kuboku yarışları keçiriləcək.
Fərdi yarışlarda Azərbaycanı Nilufər Niftəliyeva və Marina Durunda təmsil edəcəklər. Ölkəmizin qrup komandası da bu yarışlarda mübarizə aparacaq. Qeyd edək ki, Debretsen yarışları "B” kateqoriyasına aiddir.