PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis zədəsini sağaldıb və tezliklə meydana qayıda bilər.
Olimpnews.az "Le Parisien"in məlumatına istinadən xəbər verir ki, 29 yaşlı ispaniyalı futbolçu Liqa 1-in 10-cu turunda "Loryan"a qarşı oyunda meydana çıxa bilər.
Qeyd edək ki, Fabian bu mövsüm Fransa liqasında beş oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.


