"Transfermarkt" ən bahalı müdafiəçilərin reytinqini dərc edib

"Transfermarkt" ən bahalı müdafiəçilərin reytinqini dərc edib

"Transfermarkt" portalı qiymət yeniləmələrinə əsasən, sosial mediada ən bahalı müdafiəçilərin reytinqini dərc edib. Reytinqə dörd oyunçu - Pau Kubarsi ("Barselona"), Uilyam Saliba ("Arsenal"), Alessandro Bastoni ("İnter") və Əşrəf Hakimi (PSJ) başçılıq edir. Futbolçuların hər birinin dəyəri 80 milyon avrodur. Beşinci yerdə yer alan Yoşko Quardiol ("Mançester City"), Nuno Mendeş (PSJ), Qabriel («Arsenal») və Trent Alexander-Arnoldun ("Real") qiyməti 75 milyon avrodur. İlk 10-luqda həmçinin Din Hüysen ("Real" 70 milyon avro) və Vilyan Paço (PSJ, 65 milyon avro) da var.