"Fənərbağça" Qazientepdən üç xalla qayıdır 

"Fənərbağça" Qazientepdən üç xalla qayıdır 

"Fənərbağça" klubu Türkiyə super Liqasında növbəti qələbəsini qazanıb.
Olimpnews.az xəbər verir ki, "sarı-lacivərdilər" X tur çərçivəsində səfərdə "Qaziantepspor"u böyük hesabla məğlub edib -0:4. İstanbul təmsilçisinin qələbə qollarını Yossef En-Nesyri (5, 21) və Talişka (81, 88) vurub. "Fənərbağça" qələbə sayəsində xallarının sayını 22-yə çatdıraraq üçüncü pilləyə yüksəlib. "Qaziantepspor" isə 17 xalla altıncıdır.