"Vinisius emosiyalarını bir qədər nəzarətdə saxlaya bilərdi" 

"Vinisius emosiyalarını bir qədər nəzarətdə saxlaya bilərdi" 

İspaniyanın Madrid "Real"ının keçmiş futbolçusu Toni Kros "El-Klasiko" zamanı Vinisius Juniorun Xabi Alonsoya göstərdiyi reaksiya barədə danışıb. O, qeyd edib ki, "sambaçı" emosiyalarını bir qədər nəzarətdə saxlaya bilərdi.

“Mən də heç vaxt oyundan çıxmağı sevməmişəm. Dürüst olmaq lazımdırsa, oyundan çıxarıldıqdan sonra birbaşa soyunma otağına getməmişəm. 80.000 azarkeşin qarşısında hesab 2:1 olan zaman - üstəlik bir "El-Klasiko" zamanı meydanda olanların tək istəyi oyunu sonadək davam etdirməkdir. Bu duyğunu heç kim qiymətləndirə və ya tam təsəvvür edə bilməz. Çox vaxt qiymətləndirənlər isə özlərini həmin vəziyyətə qoymurlar. Vinisius emosiyalarını bir qədər nəzarətdə saxlaya bilərdi. Onun hislərini başa düşürəm, amma görüntülərdə bu, ideal şəkildə ifadə olunmur", - deyə Toni Kros qeyd edib.