"Mançester Yunayted"in hücumçusu Coşua Zirkzee "Roma"nın diqqətini çəkib. "Il Corriere dello Sport" qəzetinin məlumatına görə, paytaxt təmsilçiləri 24 yaşlı niderlandlı hücumçunu icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, Zirkzee bundan əvvəl "Parma" və "Bolonya"da çıxış edib. "Canavarlar" onun üçün "Mançester Yunayted" aldığı altı aylıq (1,8 milyon avro) maaşını tam şəkildə ödəməyə hazırdırlar. Qeyd edək ki, Zirkzee bu mövsüm "Mançester Yunayted"də cəmi beş oyun keçirib və qol vurmayıb.
"Canavarlar" niderlandlı futbolçunu geri qatara bilər


