Beşqat Olimpiya çempionu Çilidə yubiley titulunu qazanıb

Beşqat Olimpiya çempionu Çilidə yubiley titulunu qazanıb

Niderlandlı Harri Lavreysen trek velosipedi üzrə 20 qat dünya çempionu adını qazanıb. O, Çilinin paytaxtı Santyaqo şəhərində keçirilən dünya çempionatında qızıl medala layiq görülüb. Bununla da Harri tarixdə tək bir dünya çempionatında dörd qızıl medal qazanan ilk velosipedçi olub. Lavreysen həmçinin ardıcıl yeddinci dəfə sprint tituluna yiyələnib. Məlumat üçün qeyd edək ki, Lavreysen həmçinin beşqat Olimpiya çempionudur.