Avropanın aparıcı klubları diqqəti "Lill"ə yönəldiblər

Avropanın aparıcı klubları diqqəti "Lill"ə yönəldiblər

«Lill»in mərkəz yarımmüdafiəçisi Ayub Bouhaddi Avropanın aparcı  klublarının diqqətini çəkib.
Olimpnews.az xəbər verir ki, jurnalist Ekrem Konurun sözlərinə görə, İtaliyanın "Yuventus" klubunun skautları son həftələrdə 18 yaşlı Bouhaddinin oyununu izləmək üçün «Lill» oyunlarında iştirak ediblər. "Arsenal", PSJ və Dortmund "Borussiya"sı da yarımmüdafiəçi ilə maraqlanır. Qeyd edək ki, Bouhaddi bu mövsüm bütün yarışlarda 12 oyunda meydana çıxıb və qol vurmayıb. Onun "Lill"lə müqaviləsi 2027-ci ilə qədərdir. "Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 30 milyon avrodur.