İtaliyanın "İnter" klubunun ispaniyalı qapıçısı Xosep Martinez əlil arabasında hərəkət edən yaşlı kişini avtomobilə vuraraq, qətlə yetirib.
Olimonews.az xəbər verir ki, hadisə çərşənbə axşamı səhər saatlarında baş verib. 81 yaşlı kişi futbolçu və tibb işçiləri tərəfindən göstərilən ilk tibbi yardıma baxmayaraq, hadisə yerində həyatını itirib. "La Gazzetta dello Sport"un məlumatına görə, faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisədən sonra "İnter" baş məşqçi Kristian Çivu "Fiorentina" ilə A Seriyası matçından əvvəl mətbuat konfransını ləğv edib. Oyun çərşənbə günü Milanda keçiriləcək.
Qeyd edək ki, 27 yaşlı Martines "İnter"ə 2024-cü ilin yayında "Cenoa"dan qoşulub. Qapıçı karyerası ərzində "Las Palmas" və "Leypsiq"də oynayıb və 2021/22 mövsümündə DFB Kubokunu qazanıb.


