Dani Alveş özünə kilsədə yeni iş tapdı 

Dani Alveş özünə kilsədə yeni iş tapdı 

İspaniyanın "Barselona" klubunun keçmiş futbolçusu Dani Alveş özünə yeni iş yeri tapıb. 
Olimpnews.az xəbər verir ki, "sambaçı" Kataloniyada yerləşən bir kilsədə ruhani rəhbər kimi fəaliyyətə başlayıb. Brazilyalı futbolçu bununla bağlı danışarkən deyib: “Siz Allaha inanmalısınız. Mən bunun canlı sübutuyam. Mən Allahla bir müqavilə bağlamışam!”.
Qeyd edək ki, Dani Alveş ötən illərdə  cinsi təcavüz ittihamı ilə 14 ay müddətinə həbs edilmiş, daha sonra isə bəraət almışdı.