Fransanın PSJ klubu 2024/25 mövsümünün maliyyə hesabatını təqdim edib.
Olimpnews.az xəbər verir ki, açıqlanan hesabatda Paris təmsilçisinin mövsümlük gəliri 837 milyon avrodur. Bu isə ötənilki mövsümlə müqayisədə 31 milyon avro artıqdır.
Fransa çempionunun kommersiya gəlirləri 367 milyon avro, oyun günü gəlirləri isə 175 milyon avroya bərabərdir.
Ötən illə müqayisədə onlayn mağaza satışlarında 210 faiz, fiziki mağaza satışlarında isə 90 faiz artım olub.
PSJ-nin gəlirləri artıb


