"Napoli" liderliyi ələ keçirdi 

"Napoli" liderliyi ələ keçirdi 

Futbol üzrə İtaliya A Seriasında 9-cu turun oyunlarına start verilib. Olimpnews.az xəbər verir ki, turun ilk oyununda "Leççe" klubu "Napoli"ni qəbul edib. Oyun neapolluların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1. Matçda vurulan yeganə qolun müəllifi Andre-Frank Zambo Anguissa olub. Qələbə sayəsində xallarının sayını 21-ə çatdıran "Napoli" birinci pillədə qərarlaşır. Aktivində 6 xalı olan "Leççe" isə 16-cıdır.