Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar

Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar

Stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.

Olimpnews.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, seçmə komandamız sayca 6-cı yarışda 6 idmançı ilə mübarizə aparacaq. Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək. Komandamız bugünlərdə “Şüa İdman Kompleksi”ndə təlim-məşq toplanışındadır. İdmançılarımız noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcəklər.

Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.

Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar