Argentina Mərkəzi Bankı 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş xüsusi sikkəni təqdim edib. Bankın mətbuat xidmətindən verilən xəbərə görə, sikkənin arxa tərəfində futbol meydançası və Argentina hücumçusu Dieqo Maradonanın 1986-cı il Dünya Kubokunun dörddəbir finalında İngiltərəyə (2:1) qol vurmazdan əvvəl qaçış trayektoriyası təsvir olunub. Həmin matçda argentinali hücumçu meydanın mərkəzindən top ilə irəliləyərək, qələbə qolunu vurub. Argentina həmin vaxt finalda Qərbi Almaniyanı məğlub edərək, turnirin baş mükafatına sahib çıxıb -3:2. Sikkə 925 əyarlı gümüşdən hazırlanıb və simvolik nominal dəyəri 10 dollardır.
Xatırladaq ki, 30 oktyabr tarixində Maradonanın anadan olmasının 65-ci ildönümüdür.
Mərkəzi Bank yeni pul nominalı buraxacaq


