"Yuventus"un keçmiş fransalı müdafiəçisi Patris Evra komandanın problemləri ilə bağlı fikirlərini bölüşüb. "Əgər Məşqçi işindən uzaqlaşdırılırsa, oyunçuların meydanda öz işlərini kifayət qədər yaxşı yerinə yetirməməsi ilə bilavasitə əlaqdəradır deməkdir. Bu cür halla karyeramda yalnız bir dəfə qarşılaşmışam. Həmin vaxt "Mançester Yunayted" oynayırdım. Baş məşqçi Devid Moyesi işdən çıxarmışdılar. Bu mənəm pis təsir etmişdi. Ümid edirəm ki, "Yuventus" oyunçuları indi də eyni hissləri keçirirlər. Əgər "Yuventus"da oynayırsansa, məsuliyyət hiss etməlisən. Problem ondadır ki, indiki nəsil əvvəlki kimi deyil. Biz futbolçu kimi klub üçün, tarix üçün, ailələrimizin rifahı üçün əlimizdən gələni edirdik. İndi oyunçuların diqqətini yayındıran şeylər çoxdur. "Yuventus"da hər şey dəyişib, köhnə dəyərlər artıq əhəmiyyətini itirib ", - deyə "Football Italia" Evranın sözlərindən sitat gətirib.
Qeyd edək ki, "Qoca Sinyora" səkkiz oyunluq qələbəsiz seriya davam etdirir. Məhz bu səbəbdən baş məşqçi İqor Tudor baş öz işindən uzaqlaşdırılıb. Onun əvəzinə Lusiano Spallettinin gələcəyi gözlənilir.
""Yuventus"da hər şey dəyişib"


