"Neftçi" klubu futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, "ağ-qaralar" II təsnifat mərhələsində MOİK-ə qalib gəlib -6:2.
Qollardan 2-ni "Neftçi"nin yeni transferi Vinsen Abubakar vurub. Vinsen Abubakar yeni klubunda çıxdığı 2 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla da "ağ-qaralar" növbəti mərhələyə adlayan sonuncu komanda olub.
Samir Abbasovun komandası 1/4 finalda "Zirə" ilə üz-üzə gələcək.
Azərbaycan Kuboku: "Neftçi" 1/4 finala vəsiqə qazandı


