Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Niklas Sülenin müqaviləsinin müddəti bitdikdən sonra klubdan ayrılmaq ehtimalı var. Jurnalist Əkrəm Konurun sözlərinə görə, komandada 30 yaşlı müdafiəçinin müqaviləsini yeniləməsi ehtimalı azdır, çünki o, qeyri-sabit oynayır. Artıq bir neçə Bundesliqa və A Seriyası klubu Süle ilə maraqlanır. Qeyd edək ki, Süle 2022-ci ildən bəri "Borussiya"da çıxış edir. Bu mövsüm o, üç oyunda qol vura bilməyib. Onun klubla müqaviləsi gələn yay başa çatır.
Müqaviləsi bitən kimi Dortmundu tərk edəcək


