Yeni Zelandiyalı pilotun təqsiri sübut olundu

Yeni Zelandiyalı pilotun təqsiri sübut olundu

Meksika Beynəlxalq Avtomobil İdmanı Təşkilatı Formula 1 üzrə Meksika Qran-Prisində Liam Lausonun («Racing Bulls») qarşısında trası keçən marşallarla bağlı açıqlama yayıb. Qurum açıqlamada qeyd edib ki, yeni zelandiyalı pilot marşalların trası keçdiyi yerdə o, qüvvədə olan ikiqat sarı bayraqlara baxmayaraq sürəti azaltmayıb.
Xatırladaq ki, Yeni Zelandiyalı pilot həmin vaxt mübarizədən geri qalıb, çıxış yolunu ayrıca sürməkdə görüb. Bu zaman o, marşallarla qarşılaşıb.