«Liverpul»un uğursuz çıxışları davam edir. İngiltərə Liqa Kubokunda «Kristal Pelas» komandasına uduzan (0:3) Arne Slotun komandası altıncısında məğlubiytlə üzləşib. «Opta» portalının məlumatına görə, "qırmızılar" 1934-cü ildən bəri ilk dəfə Enfilddə keçirilən daxili kubok oyununda üç və ya daha çox qol fərqi ilə uduzub. Qeyd edək ki, «Liverpul»un növbəti matçı şənbə günü - yenə Enfilddə, lakin bu dəfə Premyer Liqada «Aston Villa»ya qarşı olacaq. Doqquz oyundan sonra hazırkı çempion 15 xalla turnir cədvəlində yalnız yeddinci pillədədir.
«Liverpul» uğursuzluq zolağından çıxa bilmir


