De Bruyne dünya çempionatından kənarda qala bilər

De Bruyne dünya çempionatından kənarda qala bilər

Xəbər verdiyimiz kimi, «Napoli»nin belçikalı yarimmüdafiəçisi Kevin De Bruyne ötən həftə sonu "İnter"ə qarşı penalti vurarkən ağır zədələnib. Klubdan verilən verilən məlumata görə, onun əməliyyatı uğurlu keçib. "The Sun" qəzetinin məlumatına görə, De Bruynenin ətrafı onun bu zədədən sağalmasının gecikəcəyindən və oyunçunun 2026-cı il Dünya Kubokunda Belçika millisində oynaya bilməyəcəyindən narahatdır.