"Mançester Yunayted" klubunun canlı əfsanəsi Pol Skoulz futbol şərhçiliyi işini dayandırdığını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, ingiltərəli keçmiş futbolçu bunu autizmli oğluna daha çox vaxt ayırmaq istədiyi ilə əlaqələndirib.
Qeyd edək ki, Pol Skoulz 1994-2011-ci illərdə "Mançester Yunayted"də forma geyinib.


