Remzi iti barədə məlumat verən şəxsə yüksək pul mükafatı vəd edib

Remzi iti barədə məlumat verən şəxsə yüksək pul mükafatı vəd edib

Mesikanın "Pumas" klubunun yarımmüdafiəçisi Aaron Remzi itkin düşmüş iti haqqında məlumat üçün 20 min dollar mükafat təklif edib. O, bu xəbəri özünün İnstaqram səhifəsində açıqlayıb. Məlumata görə, futbolçunun iti  oktyabrın 9-da itkin düşüb.

Xatırladaq ki, 34 yaşlı Remzi iyul ayında Uels klubu "Cardiff City"dən "Pumas"a keçib. O, 2025/26 mövsümündə altı oyunda bir qol vurub. Avropada o, İngiltərənin "Arsenal" və İtaliyanın "Yuventus" klublarında oynayıb. O, Uels milli komandasında 86 oyun keçirib və 21 qol müəllifi olub.