Beynəlxalq Güləş Federasiyası (FILA) mart ayında sərbəst güləş üzrə ən güclü idmançıların reytinq cədvəlini açıqlayıb.
İlk üçlüyə 2 azərbaycanlı idmançı daxildir. 97 kq çəki dərəcəsində Hetaq Qazümov 2-ci yeri tutur. Bu çəki dərəcəsində o, birinci yeri tutan Rza Yəzdanidən geri qalır.
Eyni çəki dərəcəsinə malik digər idmançımız dünya çempionu Şərif Şərifov 5-ci yerin sahibidir. Öz komanda yoldaşı Əhmədnəbi Qvarzatilovdan önə keçən Hacı Əliyev 61 kq çəki dərəcəsində 3-cü yerdə qararlaşıb.
İlk onluğa daxil olan olan idmançılar Cəmaləddin Maqomedov (120 kq-V yer ), Həmzət Osmanov (86 kq-VII yer), Ruslan Dibirhacıyev (70 kq- VIII yer) tuturlar.