Moldovanın paytaxtı Kişineuda keçirilən cüdo üzrə U-23 Avropa çempionatının ilk yarış gününə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Azərbaycan komandası yarışın ilk günündə 1 qızıl medal qazanıb. Millimizin heyətində İslam Rəhimov (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, iki gün davam edən çempionatda 37 ölkədən 308 cüdoçunun (172 kişi, 136 qadın) mübarizə aparır. Sabah komandamızın daha 6 cüdoçusu tatami üzərinə çıxacaq.


