Las-Veqasda kim, nə qədər qazandı? 

Las-Veqasda kim, nə qədər qazandı? 

UFC (Ultimate Fighting Championship) dünən ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC Fight Night 263 yarışındakı bonus mükafatları açıqlayıb. Olimpnews.az xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, Las-Veqasda qazandıqları qələbələrinə görə Donte Conson, Allan Nasimento, Ualdo Kortes-Akosta və Stiv  Qarsia hərəyə 50 min dollar bonus alıblar.

Qeyd edək ki, Conson  Sedric Duması, Nasimento isə Kodi Durdeni ikinci raundda məğlub edib. Kortec-Acosta ilk raundda xorvatiyalı Ante Delicanı nokaut edib. Qarcia isə David Onamaya texniki nokautla qalib gəlib.