Fransanın PSJ klubunun futbolçusu Dezire Due 2025-ci təqvim ili üzrə "dünyada ilin gənc oyunçusu" (Golden Boy) mükafatını qazanıb.
Olimpnews.az xəbər verir ki, 20 yaşlı futbolçu ötən mövsüm PSJ klubu ilə UEFA Çempionlar Liqası, Fransa Liqası 1, Fransa Kuboku, Fransa Super Kuboku və UEFA Super Kuboku titullarını qazanıb. Dezire Due Fransa klubunda meydana çıxdığı 69 oyunda 19 qol vurub və bir o qədər də məhsuldar qol ötürməsi verib.


