Çempionlar Liqası: "Arsenal" üç xalı üç qolla qazandı 

Çempionlar Liqası: "Arsenal" üç xalı üç qolla qazandı 

Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin dördüncü turunun oyunları keçirilir. 

Olimpnews.az xəbər verir ki, Çexiyanın "Slavia Praqa" klubu doğma meydanda "Arsenal" (İngiltərə) qəbul edib. Oyun London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Topçular"ın heyətində Bukayo Saka (32, p) və Mikel Merino (46, 68) fərqlənib. Beləliklə, Mikel Artetanın komandası aktivinə 3 xal yazdırıb.