Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə etdi

Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə etdi

Azərbaycanın FİFA dərəcəli hakimi Əliyar Ağayev növbəti dəfə UEFA Çempionlar Liqasının oyununa təyinat alıb. 
Olimpnews.az xəbər verir ki, ədalət təmsilçimiz Liqa mərhələsinin dördüncü turunda Çexiyanın "Slavia Praqa" və İngiltərənin "Arsenal" klublarının oyununu idarə edib. Ə.Ağayev oyunun 32-ci dəqiqəsində meydan sahiblərinin qapısına VAR-a baxdıqdan sonra penalti zərbəsi təyin edib. Penaltini dəqiqə yerinə yetirən londonlular matçın qalan dəqiqələrində də daha iki dəfə fərqlənərək 3:0 hesablı qələbə qazanıblar.