Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin dördüncü turu çərçivəsində daha bir oyun keçirilib.
Olimpnews.az xəbər verir ki, "Liverpul" klubu doğma meydanda İspaniyanın Madrid "Real"ını qəbul edib. "Enfild"də təşkil olunan oyun "mersisaydlılar"ın minimal hesablı qələbəsi ilə yekunlaşdı -1:0. Matçda vurulan yeganə qolun müəllifi 61-ci dəqiqədə fərqlənən Aleksis Mak Allister olub. "Liverpul" bu qələbə ilə aktivinə üç xal yazdırıb.
Çempionlar Liqası: "Liverpul" "Real"a minimal hesabla qalib gəldi


