Avstraliyalı boksçu Kodi Vitalon evində yıxılaraq, ağır onurğa zədəsi alıb. Belə ki, idmançı noyabrın 2-də Tamvortda idmançı pilləkən meydançasında uşaq təhlükəsizlik dirəyində büdrəyib və başı yerə çırpılıb. 7NEWS xəbər verir ki, yıxıldıqdan sonra Vitalon dərhal yatağa qayıdıb, lakin ertəsi gün səhər oyanaraq hərəkət edə bilməyib. Xəstəxana müayinəsi zamanı ona C4 və C5 fəqərələrinin sınığı diaqnozu qoyulub. Əməliyyat zamanı zədələnmiş fəqərə titan implantla əvəz edilib.
Avstraliyalı boksçu ağır onurğa zədəsi alıb


