"Barselona" klubunun futbolçusu Hansi-Diter Flik yay trensfer pəncərəsində klubu tərk etməsi ilə bağlı xəbərləri təkzib edib.
Olimpnews.az xəbər verir ki, o, açıqlama verərək yazılanları şaiyə adlandırıb. "Mətbuatdakı boş-boş söhbətlərə son qoyun. Bu, tamamilə cəfəngiyatdır. Mən bu şəhəri, bu klubu, bu oyunçuları sevirəm. Burada özümü xoşbəxt hiss edirəm".
Qeyd edək ki, daha əvvəl almaniyalı məşqçinin klubdaxili vəziyyəti, yorğunluq və məyusluğu əsas göstərərək 2026-cı ilin yayında Kataloniya klubunu tərk edəcəyi ilə bağlı yazılar dərc olunmuşdu.


