Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, Liqa mərhələsinin dördüncü turunun ikinci oyun günündə Kiprin “Pafos" klubu doğma meydanda İspaniyanın "Vilyarreal" klubunu qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Matçda vurulan yeganə qolun müəllifi 47-ci dəqiqədə fərqlənən Derrik Lukassen olub.


