Yeni kitab çapdan çıxıb

Yeni kitab çapdan çıxıb


Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri sizin köməyinizlə, dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Heydər Əliyev


Professor Dilqəm Quliyev və Yusif Babanlının müəllifliyi ilə "İlham Əliyev və Azərbaycan gəncliyi” adlı kitab çapdan çıxıb.
Bu, respublikamızda bu məsələ ilə dərc edilən ilk kitabdır. Müəlliflər öz mülahizələrini sübuta yetirmək üçün xeyli materialdan istifadə edib, onları ümumiləşdirməyə çalışıblar. Əldə olunan məqalələr, mülahizələr, problemlə bağlı materiallar kitabda geniş yer alıb. Müəlliflər bir tədqiqatçı, oxucu kimi çapdan çıxmış digər əsərlərdə verilən mülahizələri ümumiləşdiriblər.
Oxuculara təqdim olunan bu kitab çox gərgin zəhmətin bəhrəsidir. Kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-2012-ci illərdə gənclərlə bağlı fəaliyyəti öz əksini tapıb.
Əsər zəngin arxiv sənədləri, çap olunmamış sənədlər və nəşr olunmamış ədəbiyyata istinad edilərək yazılıb. Müəlliflərin oxuculara təqdim etdiyi "İlham Əliyev və Azərbaycan gəncliyi” adlı kitab Azərbaycan gənclərinə bir töhfə kimi qiymətləndirilməlidir.
Kitabda ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müstəqil dövlətçiliyimizin gələcək təminatçıları olan gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan gəncliyinin inkişafında İlham Əliyevin vətənpərvərlik ideyaları, gənclərlə əlaqədar imzalanan fərman və sərəncamlar, bəzi tarixi anları əks etdirən fotoşəkillər və digər məsələlər faktlarla şərh edilir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab gəncələr və idman naziri Azad Rəhimovun maddi və mənəvi yardımı nəticəsində işıq üzü görüb.
Monoqrafiya dörd fəsildən ibarətdir:
I fəsil: Azərbaycan gənclərinin formalaşmasında İlham Əliyevin rolu
1.1.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncam və fərmanlar
II fəsil: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bədən tərbiyəsi, idman sahəsində gənclərə göstərdiyi diqqət və qayğı
2.1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin maddi-texniki bazanın və idman komplekslərinin yaradılmasına diqqət və qayğısı
2.2 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idman haqqında imzaladığı sərəncam və fərmanlar
III fəsil: Gənclərin mənəvi tərbiyəsində idmanın rolu
3.1. Gənclərin mənəvi tərbiyəsində sağlam həyat tərzinin formalaşmasında bədən tərbiyəsi, idmanın və turizmin rolu
IV fəsil: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətənpərvərliyi gənclərə gözəl nümunədir.