"Qarabağ" Bakıda "Çelsi" ilə oyunda heç-heçə edib

"Qarabağ" Bakıda "Çelsi" ilə oyunda heç-heçə edib

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində dördüncü turunun oyunları davam edir.

Olimpnews.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov stadionunda son dünya çempionu olan İngiltərənin “Çelsi” klubunu qəbul edib. Dörd qolun vurulduğu oyun 2:2 hesabı ilə başa çatıb.

Matçda hesabı 16-cı dəqiqədə “Çelsi”nin futbolçusu Estevao açıb. Lakin fasilənin sonuna kimi Qurban Qurbanovun komandası hesabı öz xeyrinə dəyişməyi bacarıb. Əvvəlcə Leandro Andrade 29-cu dəqiqədə hesabı bərabərləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç penaltidən fərqlənərək “Qarabağ”ı hesabda önə çıxarıb. Matçın 53-cü dəqiqəsində isə Alexandro Qarnaço hesabı bərabərləşdirib. Beləliklə, “Qarabağ” klubu Bakıda İngiltərə nəhəngi ilə oyunda daha bir tarixi nəticəyə imza atıb.