Osimhenin üç qolu "Qalatasaray"a üç xal qazandırdı

Osimhenin üç qolu "Qalatasaray"a üç xal qazandırdı

Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.

Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi Niderlandda "Ayaks" klubuna 3 cavabsız qolla qalib gəlib. "Sarı-qırmızılılar"ın qələbə qolunun hər üçünün müəllifi Viktor Osimhen olub. 59-cu dəqiqədə hesabı açan Nigeriyalı futbolçu 66 və 78-ci dəqiqələrdə rəqib qapısına təyin olunan penalti zərbələrini dəqiq yerinə yetirərək qələbənin əsas səbəbkarı olub.