Azərbaycan UEFA reytinqində əmsalını yaxşılaşdırıb

Azərbaycan UEFA reytinqində əmsalını yaxşılaşdırıb

Azərbaycan UEFA reytinqində Serbiyaya daha da yaxınlaşıb.

Bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubu ilə heç-heçə etməsi (2:2) sayəsində mümkün olub.

25-ci pillədə qərarlaşan Azərbaycanın əmsalı 22.250-yə çatıb. 24-cü yerdəki Serbiyanın 22.375 əmsalı var. Sloveniya isə 21.718 əmsalla 26-cıdır.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə (100.227) ilk sıraradadır.