AİJA-nın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Olimpizm xəbərləri
06.11.2025, 16:31
Noyabrın 6-da Milli Olimpiya Komitəsinin inzibati binasında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə AİJA-nın prezidenti Eldar İsmayılov, Milli Olimpiya Komitəsinin əməkdaşları, idman federasiyalarının nümayəndələri, Olimpiya mükafatçıları və idman ictimaiyyətinin tanınmış simaları iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən AİJA-nın prezidenti Eldar İsmayılov Assosiasiyanın yaranma tarixi, məqsədləri və ötən illər ərzində görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, AİJA bu illər ərzində idman jurnalistikasının inkişafında, beynəlxalq əlaqələrin qurulmasında və ölkəmizin idman uğurlarının təbliğində mühüm rol oynayıb. Daha sonra AİJA-nın 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev çıxışında AİJA-nın fəaliyyətini yüksək qiymətləndirib, Assosiasiyanın idman mediasının peşəkarlığının artmasına verdiyi töhfələri xüsusi vurğulayıb və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan Mətbuat Şurasının nümayəndəsi İlqar Tağıyev də çıxışında idman jurnalistikasının inkişafında AİJA-nın rolundan bəhs edib və təşkilatın 30 illik fəaliyyətini medianın nailiyyətlərindən biri kimi dəyərləndirib. Mərasimdə həmçinin 2024-cü ilin idman laureatları mükafatlandırılıb. Təltif olunanlar arasında “Olimpiya dünyası” qəzeti də yer alıb. Qəzetimiz “İlin qəzeti” nominasiyasında qalib olub.
Mükafatı qəbul edən “Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev çıxış edərək AİJA rəhbərliyinə dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, “Olimpiya dünyası” qəzeti hər zaman idman dəyərlərinin, sağlam həyat tərzinin və peşəkar jurnalistikanın təbliği istiqamətində fəaliyyət göstərib. Aslan Şirəliyev vurğulayıb ki, bu mükafat kollektivin illərlə göstərdiyi əməyin və fədakar fəaliyyətinin qiymətləndirilməsidir. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İki cüdoçumuz İspaniyada qızıl medal qazandı
17.08.2026, 15:10 Cüdo
-
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalında
17.08.2026, 14:18 Boks
-
Rodri “Barselona”ya keçir
17.08.2026, 11:21 Futbol
-
Misli Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya qarşı
17.08.2026, 10:04 Futbol
-
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
16.08.2026, 20:21 Gündəm
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
15.08.2026, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol