Riçarlison vətənindən təklif alıb  

Riçarlison vətənindən təklif alıb  

"Tottenhem"in braziliyalı hücumçusu Riçarlison Londonu tərk etmək fikrindədir.

Olimpnews.az jurnalist Əkrəm Konura istinadən xəbər verir ki,  28 yaşlı hücumçu "Flamenqo"dan təklif alıb.
Qeyd edək ki, Riçarlison 2022-ci ildə "Tottenhem"ə keçib. O, bu mövsüm  bütün yarışlarda 16 oyunda üç qol vurub və iki məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt"ın məlumatına görə, hücumçunun dəyəri 25 milyon avrodur.