"Bir gün Premyer Liqaya qayıdacağam"

"Bir gün Premyer Liqaya qayıdacağam"

Hazırda argentinalı baş məşqçi Maurisio Poçettino ABŞ milli komandası ilə futbol üzrə Dünya çempionatına hazırlaşır. O, çempionat başa çatdıqdan sonra İngiltərə Premyer Liqasına qayıtmağı planlaşdırır. "Premyer Liqa dünyanın ən yaxşı liqasıdır. Amerikada çox xoşbəxtəm, amma düşünürəm ki, bir gün Premyer Liqaya qayıdacağam. Ora mənim üçün ən rəqabətli liqadır", - deyə Poçettino BBC Sport-a verdiyi müsahibədə bildirib.
Xatırladaq ki, Maurisio Poçettino İngiltərədə "Sauthempton", "Tottenhem" və "Çelsi" komandalarını çalışdırıb. Argentinalı mütəxəssis 2024-cü ilin payızında ABŞ milli komandasına rəhbərlik edir.