Bu gün İtaliyanın Turin şəhərində 2025-ci il ATP Finallarının püşkatma mərasimi keçirilib.
Olimpnews.az püşkün nəticələrini təqdim edir.
2025-ci il ATP finallarının püşkatmasının nəticələri:
Cimmi Konnors qrupu: Karlos Alkaraz, Novak Cokoviç, Teylor Fritz, Aleks de Minaur.
Byorn Borq qrupu: Yannik Sinner, Aleksandr Zverev, Ben Şelton, Feliks Oje-Aliassime/Lorenzo Musetti.
Qeyd edək ki, final görüşünün yeri kanadalı Oje-Aliassime və italiyalı Musetti arasında virtual matçda müəyyənləşəcək. Turindəki yarış 9-16 noyabr tarixlərində sərt kortda təşkil olunacaq. Yarışın son qalibi italiyalı Yannik Sinnerdir. Ötən il o, amerikalı Teylor Fritzi 6:4, 6:4 hesabları ilə məğlub etmişdi.


