"Sakramento Kinqs"in basketbolçusu rekordla fərqlənir

"Sakramento Kinqs"in basketbolçusu rekordla fərqlənir

NBA-nın "Sakramento Kinqs" komandasının 36 yaşlı amerikalı basketbolçu Rassel Vestbruk "Golden State Warriors" üzərində 121-116 hesablı qələbədə karyerasının 204-cü tripl-dablını edib. O, 23 xal, 16 ribaund və 10 məhsuldar ötürmə edərək, liqada tripl-dabl üzrə yeni rekord müəyyənləşdirib. İkinci yerdə əfsanəvi Oskar Robertson 181 tripl-dablla fərqlənir.