Futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turu "Mançester Siti" klubunun baş məşqçisi Pep Quardiola üçün əlamətdar olacaq.
Olimpnews.az xəbər verir ki, ispaniyalı baş məşqçinin "Liverpul"a qarşı oyunu onun məşqçilik karyerasının 1000-ci matçı kimi yadda qalacaq.
Qeyd edək ki, 999 oyunda 715 qələbə qazanan Quardiola 40 kubok qazanıb. O, 156 bərabərlik 128 məğlubiyyət acısı yaşayıb.
"Liverpul" ilə qarşılaşma Quardiola üçün əlamətdar olacaq


