Su polosu üzrə Bakı birinciliyi keçirilib

Su polosu üzrə Bakı birinciliyi keçirilib

Şağan Olimpiya İdman Kompleksində su polosu üzrə Bakı birinciliyi keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən birincilikdə MOİK, ADBTİA, HDQ komandaları və "Bakı” klubunu təmsil edən 6 komanda iştirak edib. Yekun nəticələrə görə MOİK I, ADBTİA II, HDQ III pillədə qərarlaşıb. Qalib komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.