“Cəsurlar” hərbi idman və turizm oyunu

“Cəsurlar” hərbi idman və turizm oyunu

Balakən rayonunda "Cəsurlar” hərbi idman və turizm oyununun zona mərhələsinin yarışları keçirilib. Ənənəvi olaraq hər il təşkil edilən bu yarışlar yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsini daha gücləndirmək, onları hərbi xidmətə hazırlamaq məqsədi daşıyır.
Sarıbulaq kənd tam orta məktəbin hərbi şəhərciyində keçirilən zona yarışında İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax və Zaqatala rayonlarını təmsil edən 6 komanda mübarizə aparıb. Ev sahibi olan Balakən komandası isə Ağcabədi rayonunda keçirilən zona yarışlarında iştirak edib. Komandalar sıra hazırlığı, maneənin dəf olunması, hədəfə qumbara atmaq və digər yarışlarda qüvvələrini sınayıblar. Zona mərhələsində Zaqatala və Oğuz rayonlarının təmsilçiləri müvafiq olaraq birinci və ikinci yeri tutaraq yarışların Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Qalib komandalara Gənclər və İdman, Təhsil nazirliklərinin diplomları təqdim olunub.

*  *  *

Martın 7-də ümumtəhsil məktəblərinin yeddinci və səkkizinci sinif şagirdləri arasında "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Birincilikdə Naxçıvan şəhərində fəaliyyət göstərən 12 məktəbin komandası öz qüvvəsini sınayıb. Oyunun nəticələrinə görə, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası 1-ci, 17 nömrəli məktəbin komandası 2-ci, 3 nömrəli məktəbin komandası isə 3-cü yerə layiq görülüb. Qaliblər diplom və kubokla mükafatlandırılıblar.
Yarışda ilk iki yeri tutan komandalar " Cəsurlar” hərbi- idman və turizm oyununun muxtar respublika üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıblar.