"Opta" statistika mərkəzinin mütəxəssisləri UEFA-nın aparıcı klub yarışında komandaların şanslarını hesablamaq üçün superkompüter işə salıblar. Superkompüter Çempionlar Liqasını hansı komandanın qazanacağı sualına cavab verib. Cavaba görə "Arsenal"ın Çempionlar Liqası kubokunu qazanmaq üçün ən yaxşı şansı 23,53 faiz təşkil edir. Maraqlıdır ki, "topçular"ın hələlik Avropa Kuboku yoxdur və onlar sonuncu dəfə İngiltərə Premyer Liqasını 2004-cü ildə qazanıblar. "Bavariya" isə 14,33 faiz üstünlük əldə edib. İlk üçlüyü "Mançester Siti" tamamlayır - 12,95 faiz. Onları "Liverpul" (11,72), PSJ (10,22), "Real" (4,7) və "Barselona" (4,24%) izləyir.
Çempionlar Liqası kubokunu "topçular" qazanacaq?


