"Bəlkə gələcəkdə fikrimi dəyişdim" 

"Bəlkə gələcəkdə fikrimi dəyişdim" 

Tennis üzrə rumıniyalı ikiqat Böyük Dəbilqə çempionu, keçmiş dünya birincisi Simona Halep məşqçi olmaq istəmir. "Bəlkə gələcəkdə fikrimi dəyişdim. Hazırda bunun üçün enerjim yoxdur. Səyahət edib, evdə daha çox vaxt keçirmək istəyirəm. Əlbəttə ki, bu istirahətə ehtiyacım var. Hər gün işlədiyim illər çox olub. Təzyiq, gərginlik - bütün bunlar məni bir az yandırdı. İndi həyatdan və boş vaxtlarımdan zövq alıram", - deyə Halep «Tennis World USA»ya verdiyi müsahibədə bildirib.