Futbol üzrə Misli Premyer Liqasında XI turun ilk yarış gününə yekun vurulub.
Olimpnew.az xəbər verir ki, Zəfər turunun ikinci oyununda "Qəbələ" klubu "Sumqayıt"lap üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən oyun "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesab 54-cü dəqiqədə açılıb. Rüstəm Əhmədzadə "Gənclik şəhəri" təmsilçisini hesabda önə çıxarıb. Matçın 81-ci dəqiqəsində isə "Sumqayıt"ın futbolçusu Aleksandr Ramalinqom matçda yekun hesabı müəyyənləşdirib
Qələbə sayəsində xallarının sayını 20-yə çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. Aktivində 5 xalı olan "Qəbələ" isə onuncudur.
Tura noyabrın 9-da yekun vurulacaq.
"Sumqayıt" Qəbələdən qələbə ilə qayıdır


