Bu gün futbol üzrə Misli Premyer Liqasında XI turun oyunlarına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, günün ilk oyunda "Kəpəz" və "Sabah" komandaları üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyuna saat 15:44-də start veriləcək. Matçın baş hakimi Tural Qurbanov olacaq.
“Zəfər turu”nun son matçı “Qarabağ" və "Neftçi" komandalarının oyunu ilə yekunlaşacaq. "Azərsun Arena"da keçiriləcək Azərbaycan derbisinə saat 18:44-də start veriləcək. Matçı Elçin Məsiyev idarə edəcək.
"Zəfər turu"na bu gün yekun vurulacaq


