Türkiyədə təxminən 600 futbolçu qanunsuz oyun mərcləri ilə bağlı istintaqla əlaqədar dindirilməyə çağırılıb.
Olimpnews.az Türkiyənin "Türkiye" qəzetinin məlumatına istinadən xəbər verir ki, istintaqa görə, futbolçular, məşqçilər və menecerlər Albaniya, Bolqarıstan və Şimali Kiprdə fəaliyyət göstərən qanunsuz veb saytlarda mərc ediblər.
Xatırladaq ki, iki gün əvvəl İstanbul Baş Prokurorluğu, Super Liqa klubunun prezidenti də daxil olmaqla, hakim mərcləri işində 18 şübhəlinin həbs qərarı çıxarıb.


