“Real”dan Arda Gülər barədə son qərar

“Real”dan Arda Gülər barədə son qərar

Madrid “Real”ının yarımmüdafiəçi Arda Gülər "Mançester Siti" və "Arsenal" da daxil olmaqla bir neçə aparıcı Premyer Liqa klubunun diqqətindədir. Lakin "Real" türkiyəli oyunçunu buraxmaq niyyətində deyil. Bu barədə "Transfer News Live" "Defensa Central"a istinadən məlumat yayıb. Arda Güler "Real Madrid"də 77 oyun keçirib, 15 qol vurub və 17 məhsuldar ötürmə edib. Nüfuzlu "Transfermarkt" portalının mütəxəssisləri 20 yaşlı Güleri 60 milyon avro dəyərində qiymətləndirirlər. Yarımmüdafiəçinin "Real Madrid"lə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.